Ermənistan Azərbaycanla müharibədən çəkinir
Sen 20, 2023 12:28 Asia/Baku
Paşinyan: Qarabağdakı vəziyyətə görə hərbi əməliyyatlara başlamayacağıq
Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda iştirak etmir.
Paşinyan bununla belə Təhlükəsizlik Şurasının iclasında Azərbaycanı Dağlıq Qarabağ ermənilərinə qarşı etnik təmizləmə əməliyyatına başlaşlamaqda ittiham edib.
O deyib: “Ermənistan heç kimə Dağlıq Qarabağda etnik təmizləmə aparmaq üçün mandat verməyib. Bu səbəbdən Ermənistan Rusiya sülhməramlılarından Dağlıq Qarabağda vəziyyəti sabitləşdirmək üçün hərəkətə keçməsini gözləyir”.
Onun sözlərinə görə, Azərbaycanın əsas məqsədi Ermənistanı hərbi əməliyyata çəkməkdir.
Paşinyan bir daha iddia edib ki, Ermənistanın Qarabağda ordusu yoxdur.