Sen 30, 2023 17:45 Asia/Baku
  • Keçmiş xarici işlər naziri David Babayan həbs edilib

Qondarma Dağlıq Qarabağ Respublikasının Azərbaycanın keçmiş xarici işlər naziri David Babayan Azərbaycanın hakimiyyət orqanları tərəfindən həbs edilib.

Babayan sentyabrın 28-də bildirmişdi ki, Azərbaycan hakimiyyətinə təslim olacaq.

Azərbaycanın Baş Prokurorluğu sentyabrın 30-da məlumat yayıb ki, Babayan bir sıra ağır cinayətlər törətməkdə təqsirli bilinərək istintaqa cəlb edilib. O, 2013-2023-cü illərdə separatçı qurumun “prezidenti aparatının rəhbərinin müavini, prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi, xarici işlər naziri və xüsusi tapşırıqlar üzrə prezidentin köməkçisi vəzifələrində” işləyib.

Qeyd edək ki, Dağlıq Qarabağın keçmiş təmsilçisinə qarşı hələ 2020-ci il oktyabrın 28-də təcavüzkar müharibənin planlaşdırılması və aparılması, muzdluların cəlb edilməsi və onların maliyyələşdirilməsi, terrorizmin təşkili, müharibə zamanı humanitar hüququn pozulması, milli ədavətin qızışdırılması və sair ittihamlarla cinayət işi açılıb. Sentyabrın 29-da Babayan saxlanılaraq istintaqa təhvil verilib.

 

 

Teqlər