Okt 13, 2023 14:31 Asia/Baku
  • Beynəlxalq təşkilat Qarabağdakı humanitar vəziyyətlə bağlı təcili müzakirələr aparır

AŞPA: Azərbaycan erməni əhalisinin Qarabağa qayıdışını təmin etməlidir

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Qarabağdakı humanitar vəziyyəti təcili olaraq müzakirə edir. Hesabatı Xorvatiya nümayəndələri təqdim edib.

2023-cü il sentyabrın 19-dan Azərbaycan tərəfindən başladılan hərbi əməliyyatdan sonra 100.600-dən çox erməni Qarabağı tərk edib.

AŞPA-nın məlumatına görə, aydındır ki, Azərbaycanın bu regionun bütün sakinlərinin hüquq və azadlıqlarını qorumaq, erməni əhalisinin hüquqları və təhlükəsizliyini təmin etmək üçün öhdəliyi var.

Hesabatda bildirilir ki, AŞPA bütün əhalini öz ata-baba yurdunu tərk etməyə məcbur edən faciəli hadisələrdən təəssüflənir, Azərbaycanı birmənalı şəkildə, erməni əhalisinin Qarabağa qayıtmasını təmin etməyə və real tədbirlər görməyə çağırır.

 

 

Teqlər