Okt 27, 2023 12:56 Asia/Baku
  • Paşinyan sülhün şərtlərini açıqladı

Ermənistanın baş naziri sülh müqaviləsi ilə bağlı 4 bənddən ibarət şərtlərini elan edib.

Nikol Paşinyan Tbilisidə keçirilən İpək Yolu Beynəlxalq Forumunda çıxışı zamanı İrəvanın prinsiplərini belə sadalayıb:

“1. Magistral yollar, dəmir yolları, hava yolları, boru kəmərləri, kabellər, elektrik xətləri daxil olmaqla bütün infrastrukturlar keçdikləri ölkələrin suverenliyi altında fəaliyyət göstərməlidir.

2. Hər bir ölkə öz ərazisində, öz dövlət qurumları vasitəsilə sərhəd və gömrük nəzarətini həyata keçirməli, həmçinin infrastrukturun təhlükəsizliyini, o cümlədən malların, nəqliyyat vasitələrinin və insanların həmin ərazilərdən keçməsini təmin etməlidir.

3. Qeyd olunan infrastrukturlardan həm beynəlxalq, həm də ölkədaxili daşımalarda istifadə oluna bilər.

4. Bütün ölkələr bir-birinin infrastrukturundan bərabərlik və qarşılıqlı prinsip əsasında istifadə etməlidir”.

 

 

Teqlər