Dek 07, 2023 11:32 Asia/Baku
  • Bu, Avropanın vasitəçiliyinə görə baş verdi

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bir daha İrəvanın Qərb vasitəçilərinə meyllənməsini pisləyib.

Mariya Zaxarova deyib: “Biz Azərbaycan və Ermənistana Moskvada və ya üçüncü ölkələrdə danışıqlar üçün təklif göndərmişik. Bakı belə danışıqların keçirilməsinə hazır olduğunu daim bildirib. Təəssüf ki, eyni sözləri erməni partnyorlarımız haqqında deyə bilmərik”.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti hesab edirlər ki, Vaşinqtondan, Brüsseldən, Parisdən olan yeni məsləhətçiləri onlara daha maraqlı, daha səmərəli nə isə təklif edə bilərlər. Lakin Avropa İttifaqının 2022-ci ilin oktyabrında və mayında keçirdiyi Ermənistan-Azərbaycan sammitləri İrəvan üçün yaxşı qurtarmayıb.

Rusiya XİN-in nümayəndəsi deyib ki, həmin sammitlərdə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsinin gündəlikdə olmaması erməni əhalinin Qarabağdan çıxması ilə nəticələnib.

Mariya Zaxarova vurğulayıb ki, indi özünü Ermənistanın ən yaxşı dostu kimi göstərən Qərbin verəcəyi məsləhətlər onun üçün yeni sürprizlərlə nəticələnə bilər.

 

 

Teqlər