Dek 24, 2023 12:42 Asia/Baku
  • İrəvan Bakının təklifini qəbul edirmi?- AKTUAL

İrəvan Bakının delimitasiyadan əvvəl sülh sazişi imzalamaq təklifini məqbul sayır.

Azərbaycan Respublikası elan edib ki, sərhədlərin delimitasiyası məsələsi və sülh sazişi ayrıca həll olunmalıdır. Ermənistan bunu qəbul edərsə, iki ölkə arasında sərhəd müəyyən edilməmiş sülh müqaviləsi imzalana bilər.  

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan bu barədə deyib: “Ermənistan iki ölkə arasında sərhəd müəyyən edilməmiş Azərbaycan Respublikası ilə sülh müqaviləsini imzalaya bilər.

Azərbaycan prezidentinin siyasi məsələlər üzrə müşaviri Hikmət Hacıyev bu həftənin əvvəlində bildirmişdi ki, Bakının mövqeyinə əsaslanaraq, “sərhədin delimitasiyası və sülh sazişi məsələsi ayrıca həll olunmalıdır”.

Simonyan Azərbaycan rəsmisinin açıqlamasına belə münasibət bildirib: “Delimitasiya müzakirələri çox uzana bilər. Məncə, əsl sülh istəyən ölkə üçün belə məsələlər problem olmamalıdır. Ona görə də hesab edirəm ki, bəli, sülhün bərqərar olmasından sonra bəzi məsələlərlə yanaşı, bu kimi məsələləri də həll etmək olar”.

Bununla belə, Ermənistan parlamentində keçmiş prezident Robert Koçaryana bağlı “Hayastan” müxalifət fraksiyasının deputatı Armen Rüstəmyan Simonyanın bəyanatından narahat olduğunu bildirib.

O deyib ki, sülh müqaviləsinin sərhədin delimitasiyası məsələsindən ayrılması yalnız Azərbaycan Respublikasının xeyrinədir.

Qeyd edək ki, sərhəd mübahisələri həmişə Ermənistan və Azərbaycan Respublikası arasında sülh danışıqlarına əsas maneələrdən biri olub.

Ermənistan adətən bildirir ki, sərhədlərin delimitasiyası üçün konkret mexanizmlər sülh sazişinə daxil edilməlidir.

İrəvan sərhədi keçmiş Sovet İttifaqının xəritələri əsasında müəyyən etməyə hazır olsa da, Bakı Avropa İttifaqının da dəstəklədiyi bu təklifi qəbul etmir.

Ermənistan həmçinin sülh sazişində bir-birinin ərazi bütövlüyünün tanınmasında israrlıdır.

Ermənistanın baş naziri Nikol Paşinyan və bu ölkənin digər rəsmiləri deyirlər ki, Azərbaycan Respublikası Ermənistanın 29 min 800 kvadrat kilometr ərazisini tanımalıdır.

 

 

Teqlər