Paşinyan revanşistləri sakitləşdirməyə çalışır
https://azeri.sahartv.ir/news/qafqaz-i409859-paşinyan_revanşistləri_sakitləşdirməyə_çalışır
“Bakıya səbəb verə bilmərik: 4 kənd bizim deyil”
(last modified 2024-03-31T08:38:33+00:00 )
Mart 31, 2024 12:37 Asia/Baku
  • Paşinyan revanşistləri sakitləşdirməyə çalışır

“Bakıya səbəb verə bilmərik: 4 kənd bizim deyil”

Ermənistanın baş naziri növbəti dəfə Azərbaycan Respublikasına qaytarmağa hazırlaşdığı 4 kənddən danışıb.

Nikol Paşinyan Artaşat şəhərində partiyadaşları ilə görüşdə deyib: “Çox açıq şəkildə, xüsusən də Azərbaycanın yeni, genişmiqyaslı müharibəyə başlamaq üçün səbəblər axtardığı bizə aydın olan bir şəraitdə qeyd etmək vacibdir ki, Ermənistan hökumətinin Tavuş rayonunda olan 4 kəndlə bağlı heç vaxt ambisiyaları olmayıb”.

O əlavə edib ki, Ermənistan heç vaxt bu kəndlərə iddia etməyib. “Siyasi mövqeyimiz isə belədir: biz ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənar ərazilərə, o cümlədən Azərbaycanın bəhs etdiyi bu kəndlərə iddia etmirik”, – deyə siyasətçi vurğulayıb.

Paşinyan qeyd edib ki, hökuməti üçün Ermənistan sərhədinin harada olduğunu vurğulamaq çox vacibdir və ümid edir ki, Azərbaycan da bu istiqamətdə addım atacaq.