ABŞ və Aİ-nin Gürcüstana müdaxilələri artır
Gürcüstan millət vəkilləri xarici agentlərin fəaliyyətinə mane olacaq qanunu müzakirə etdiklərinə görə, ABŞ və Aİ-nin bu ölkəyə qarşı hədə-qorxuları eləcə də ölkədə xaos yaratmaq cəhdləri artır.
Gürcüstan antiqərb ritorikasına və “Xarici agentlər haqqında” qanun layihəsinə görə AB və NATO-ya üzvlük perspektivlərini təhlükəyə atır. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
“Gürcüstan hökumətinin bəyanatları və hərəkətləri AB və NATO-ya üzvlük üçün tələb olunan demokratik dəyərlərə uyğun gəlmir və ölkənin Avro-Atlantik inteqrasiya yolunu təhlükə altına qoyur”, - o bildirib.
Miller ABŞ-ın Gürcüstan müstəqil olduğu gündən bu ölkənin siyasətinə müdaxilə məqsədli maliyyə xərclədiyini etiraf edib, qeyd edib ki, ABŞ 32 ildir ki, Gürcüstan iqtisadiyyatına yardım edir, lakin Tiflis bu dəstəyi yanlış şərh edib və bu, onun effektivliyini zəiflədir.
O, tam müdaxiləçi tonda xarici casusların fəaliyyətini məhdudlaşdıracaq qanuna etiraz edənlərə mane olmamağa çağırıb və gürcü millət vəkillərini təhqir edərək bu qanunun Moskvadan ilhamlandığını deyib.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen də oxşar bəyanatla çıxış edib. O Gürcüstana mütləq Avropa kursu ilə getməsini əmr edib:
“Gürcüstandakı vəziyyəti böyük narahatlıqla izləyirəm və Tiflisdə küçələrdə baş verən zorakılığı pisləyirəm, gürcü xalqı Avropa kursu ilə getməlidir”, - Leyen vurğulayıb.
Qeyd edək ki, bir neçə gündür Tiflisdə parlament binası yaxınlığında "Xarici agentlər haqqında" qanunun qəbuluna etiraz olaraq aksiyalar keçirilir.
Dünən gecə də aksiya iştirakçıları Avropa Birliyi və ABŞ bayrağı dalğalandıraraq xarici casusların fəaliyyətinə mane olacaq qanun layihəsinə etiraz ediblər.