İrəvandan Kremli qəzəbləndirəcək qərar:
https://azeri.sahartv.ir/news/qafqaz-i411018-İrəvandan_kremli_qəzəbləndirəcək_qərar
Ermənistan KTMT-ni maliyyələşdirməyəcək
(last modified 2024-06-07T05:07:56+00:00 )
May 09, 2024 08:57 Asia/Baku
  • İrəvandan Kremli qəzəbləndirəcək qərar:

Ermənistan KTMT-ni maliyyələşdirməyəcək

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, ölkəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətinin maliyyələşdirilməsində iştirakını dayandırır.

Armenpress-in məlumatına əsasən, Badalyan deyib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2024-cü il üçün KTMT büdcəsi ilə bağlı 23 noyabr 2023-cü il tarixli qərarına qoşulmaqdan çəkinəcək.

Qeyd edək ki, baş nazir Nikol Paşinyan dəfələrlə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tənqid edib.

O, mayın 7-də keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanın Ermənistana hücumları fonunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistana müttəfiq kimi deyil, sülhməramlı kimi gəlmək istəyirdi.

Baş nazir əlavə edib: “Sülhməramlılara nə lazımdır? Onlara müharibə lazımdır. Bu vəziyyətdə müharibə nə vaxt mümkündür? Delimitasiya prosesindən imtina etdikdə”.