İyun 06, 2024 14:31 Asia/Baku
  • ABŞ Gürcüstan xalqının iradəsi ilə barışmaq istəmir

Çərşənbə günü ABŞ bir daha işarə edib ki, Gürcüstanla münasibətlərdə “ciddi siyasi fikir ayrılıqları var”, Gürcüstan hökuməti "Xarici agentlər haqqında" qanunu qəbul etdikdən sonra Dövlət Departamentinin nümayəndəsi belə deyib.

Turan xəbər agentliyinin verdiyi məlumata görə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Tbilisi ilə münasibətlərlə bağlı Turan-ın  sualının cavabında belə deyib:

"İki həftə əvvəl biz elan etdik ki,Gürcüstanın qəbul etdiyi qanunu nəzərə alaraq, münasibətlərimizə yenidən baxacağıq və ortada həqiqətən ciddi siyasi fikir ayrılıqları var".

Amerikalı diplomat ölkəsinin Gürcüstan xalqının qərb casuslarının fəaliyyətini məhdudlaşdırmaq qərarından qəzəbli olduğunu bir daha nümayiş etdirib. O Gürcüstana yardımların dayandırılacağı, sanksiyaların tətbiq olunacağının anonsunu verib:

 "Söhbət Gürcüstana verdiyimiz yardımın həcmindən gedir. Bu, büdcəyə qoyulmuş və baxılmaqda olan təxminən 390 milyon dolardan gedir. Söhbət həm də iki həftədən az əvvəl elan etdiyimiz potensial sanksiyalardan, viza məhdudiyyətlərindən gedir və hazırda onları necə və nə vaxt həyata keçirəcəyimizi həll edirik. Odur ki, bu mövzuda hələ eşidəcəksiniz, amma bunu bu gün etməyə hazır deyiləm", - Metyu Miller deyib.

Qeyd edək ki, Gürcüstan hökuməti və millət vəkillərinin qərbin bu ölkəyə müdaxilələrini cilovlamaq qərarı və qərbin QHT və mediyaya yardım adı altında casus yetişdirmə planlarını məhdudlaşdıran qanun qəbul etməsindən sonra ABŞ və Avropanın müdaxiləçi və təhdidedici hərəkətləri güclənib. Rəsmi Tiflis isə bu hərəkətlərə qarşı heç cə passiv yanaşmır bu da qarşılıqlı olaraq Gürcüstan ilə qərb arasında məsafənin artmasına gətirib çıxarır.

Bu həftə baş nazir də daxil olmaqla, hakim Gürcü Arzusu partiyasının yetgililəri özlərinin antiamerika ritorikalarını gücləndiriblər.

Onlar Gürcüstanla bağlı son ictimai dinləmələrə görə ABŞ Konqresini tənqid ediblər və Konqresdə ifadə verən gürcü nümayəndələri "xain" adlandırıblar.

 Keçən ay ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Gürcüstanda qərb agentlərinin fəaliyyətini pozanlar, eləcə də onların yaxın qohumları Amerika vizası almaq hüququndan məhrum ediləcək.

 

Teqlər