Ermənistanda siyasi çəkişmələr genişlənir
Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Qarabağın separatçı liderlərinə xəbərdarlıq edib.
SəhərAzəri-nin məlumatına əsasən, Paşinyan iddia edib ki, onlar hazırda Ermənistanda olan Qarabağ köçkünlərini İrəvanda keçirilən anti-hökumət etirazlarında iştiraka cəlb edirlər.
Onun fikrincə Qarabağ qüvvələri Azərbaycanın hücumuna qarşı ona görə çıxmayıblar ki, separataçı liderlər və Ermənistan müxalifəti Qarabağ ermənilərinin Ermənistana kütləvi köçünü və nəticə etibarilə onlardan İrəvan hökumətinin devrilməsində istifadə olunmasını istəmişdilər.
Bu arada Ermənistanda daxili ictimai-siyasi sabitliyi pozmaqla məşğul olan müxalifət nümayəndələrinə qarşı tədbirlər görülür.
Yerli media xəbər verir ki, hüquq-mühafizə orqanları Daşnaksütyun Partiyasının 13 üzvünü saxlayıb.
Bu məlumata əsasən, Daşnaksütyun Partiyasının ali orqanının üzvü Gerasim Vardanyan iyunun 15-də Ermənistan İstintaq Komitəsinə dəvət olunub və barəsində həbs qətimkan tədbiri seçilib.
Saxlanılan daha bir nəfər üç aylıq həbs cəzasına məhkum edilib.