İşğalçı rejim qorxu içində:
İsrail hərbçilərindən Azərbaycan və Gürcüstanı tərk etmələri tələb edildi
İşğalçı İsrail ordusu İrandan gələn hücum təhlükəsi fonunda hərbi qulluqçularına Azərbaycan və Gürcüstanda qalmağı qadağan edib.
Bu barədə işğalçı rejimin “Kan” dövlət teleradio şirkəti məlumat yayıb.
Məlumata görə, ordu rəhbərliyinin əmrinə əsasən, hazırda Cənubi Qafqazın bu iki respublikasında hər hansı səbəbdən hərbi xidmətdə olan israillilər dərhal İsrailə qayıtmağa borcludurlar.
Qeyd edək ki, bu çağırış öz-özlüyündü İsrail hərbçilərinin Cənubi Qafqazda şübhəli və arzuolunmaz varlığına işarədir. Xüsusilədə sionistlərin Azərbaycanda güc strukturlarına nüfuz etməsi barədə ölkənin vətənpərvər qüvvələri xəbərdarlıq edir və bunun müsəlman ölkəyə problem yaradacağını bildirirlər.