Ermənistanda konstitusiya referendum planlaşdırılır
2027-ci ildə Ermənistanda konstitusiya referendumunun keçirilməsi planlaşdırılır. ARMRADİO.AM-ın verdiyi məlumata görə, bunu ölkənin ədliyyə naziri Qriqor Minasyan deyib.
SəhərAzəri-nin məlumatına əsasən, Ermənistanın ədliyyə naziri Qriqor Minasyan deyib ki, bizə konstitusiya dəyişikliyi yox, yeni konstitusiya lazımdır. Biz bu məsələni müzakirə etdik və konsensusa gəldik.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan yeni konstitusiyanın qəbul edilməsinin zəruriliyini bəyan edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Ermənistanla sülh müqaviləsinin imzalanması üçün bu ölkənin konstitusiyasına dəyişikliklər edilməsini şərt kimi irəli surub. Ermənistanın mövcud konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Ermənistanın konstitusiyanı dəyişərkən bu şərtləri də nəzərə alıb-almayacağı barədə hələ rəsmi açıqlama yoxdur.