Sen 02, 2024 16:13 Asia/Baku
  • Paşinyan:

Ermənistanın baş naziri Türkiyə prezidentinin Qarabağ müharibəsi ilə bağlı son açıqlamasına münasibət bildirib.

  SəhərAzəri-nin məlumatına əsasən, Ermənistanın baş naziri Türkiyə prezidentinin bu ölkənin ikinci Qarabağ müharibəsində iştirakı ilə bağlı açıqlamasına münasibət bildirib.

  Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın türk qoşunlarının ikinci Qarabağ müharibəsində iştirak etdiyini açıqlaması ilə bağlı sualı cavablandırarkən deyib: “Bizdə Kəşfiyyat orqanlarının Türkiyənin iştirakı ilə bağlı məlumatı var idi. Mən keçmişin ağrılı hadisələri haqqında danışmaq istəməzdim, amma sualdan yayınmaq təəssüratı yaratmamaq üçün yalnız bunu deyə bilərəm ki, 44 günlük müharibə zamanı ordumuz və kəşfiyyatımız bir çox yerdə türk bayraqları, türk hərbçiləri, türk komandoları və yüksək rütbəli türk zabitlərini müşahidə etmişdilər”.

  Onun sözlərinə görə, müharibədən əvvəl irimiqyaslı Azərbaycan-Türkiyə hərbi təlimlərində və müharibə günlərində Türkiyənin F-16 qırıcıları və pilotları havada olub, onlara türk personalı tərəfindən xidmət edilib”.

  Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bu yaxınlarda AKP-nin Rizə təşkilatının tədbirində çıxışı zamanı İsrailin ünvanına “Biz Qarabağa, Liviyaya necə girdiksə, eynisini onlara da edərik” deyib.

  Bunun ardınca Azərbaycan hakimiyyətinin mətbu orqanları Ərdoğanı Azərbaycan qoşunlarının rəşadətinə kölgə salaraq Qarabağdakı zəfəri mənimsəməkdə ittiham ediblər. Sonra isə əlaqələrdə sərinlik müşahidə olub və Türkiyə hökuməti Ərdoğanın buraxdığı səhvi düzəltməyə çalışıb. Bununla əlaqədar Türkiyə prezidentinin Qarabağ müharibəsində şəhid olmuş əsgərlərdən bir qrupunun ailəsini şəxsən qəbul etdiyi deyilir.

 

Teqlər