Sen 10, 2024 15:24 Asia/Baku
  • Ermənistan hökuməti mövqeyini dəyişməyib

Ermənistan XİN rəhbəri bəyan edib ki, dəhlizin yaradılması müzakirə edilmir və onun ölkəsi Sünikdə Azərbaycan və Naxçıvan arasındakı yola üçüncü tərəflərin nəzarətini istisna edir.

  SəhərAzəri-nin məlumatına əsasən, Sputnik Ermənistan-ın sualını cavablandıran Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib: “Xətt boyunca (indiki halda dəmir yolu) dövlət və ya özəl üçüncü tərəfin olması Ermənistan üçün qəbuledilməzdir”.

Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla gələcək nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinin təmin edilməsi funksiyalarının özəl şirkətlərə verilməsi imkanını nəzərdən keçirdiklərini bəyan etmişdi.

Bir müddət əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, Sünikdə Azərbaycanla Naxçıvan arasındakı yolun nəzarətinin özəl şirkətə verilməsi Ermənistanın suverenliyini pozmayacaq, lakin hazırda belə bir qərar yoxdur, variant müzakirə olunur.

Teqlər