Sen 10, 2024 15:31 Asia/Baku
  • Avropa İttifaqı qapılarını Ermənistan vətəndaşlarının üzünə açır

Ermənistan baş nazirin müavini Ermənistanla Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması üzrə danışıqlara rəsmən başlandığını elan edib.

  SəhərAzəri-nin məlumatına əsasən, Mher Qriqoryan bu barədə Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının komissarı ilə birgə bəyanatı zamanı bildirib ki, Ermənistan giriş icazələrinin və vizaların liberallaşdırılması ilə bağlı dialoqun başlanmasına böyük əhəmiyyət verir.

Erməni rəsmi qeyd edib: “Biz bu prosesi miqrasiya, insanların hərəkəti və sərhədlərin idarə olunması sahələrində strateji gündəm kimi nəzərdən keçiririk. Ermənistan zəruri islahatları həyata keçirməklə Avropa Komissiyası ilə əməkdaşlığını inkişaf etdirməyə sadiqliyini ortaya qoyur. Bu gündəliyin məqsədi Ermənistan-Avropa İttifaqı münasibətlərini daha da inkişaf etdirmək və dərinləşdirməkdir”.

 

Teqlər