Ermənistan Rusiyanın nəbzini yoxlayır?
Sen 10, 2024 15:41 Asia/Baku
"Ermənistan KTMT-dən çıxa bilər, bu ehtimalı da istisna etmək olmaz" Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
SəhərAzəri-nin məlumatına əsasən, Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin təşkilatda iştirakını dondurduğunu, həmçinin 2 KTMT üzvü olan ölkənin İrəvana qarşı müharibə hazırladığını iddia etmişdi.Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının demək olar ki, bütün tədbirləri və hərbi təlimlərini boykot edib.Rəsmi İrəvan iddia edir ki, bu qurum Ermənistanı Azərbaycanın hücumları qarşısında müdafiə etməkdən boyun qaçırmışdır.