Ermənistan hökuməti Qarabağın keçmiş separatçı liderlərindən üz döndərir
https://azeri.sahartv.ir/news/qafqaz-i414382-ermənistan_hökuməti_qarabağın_keçmiş_separatçı_liderlərindən_üz_döndərir
Simonyan: Onlar köçkün ermənilərin hüquqi nümayəndələri deyildirlər
(last modified 2024-09-10T08:36:23+00:00 )
Sen 10, 2024 12:34 Asia/Baku
  • Ermənistan hökuməti Qarabağın keçmiş separatçı liderlərindən üz döndərir

Simonyan: Onlar köçkün ermənilərin hüquqi nümayəndələri deyildirlər

  SəhərAzəri-nin məlumatına əsasən, Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan bəyan edib ki, Qarabağın keçmiş separatçı liderləri köçkün ermənilərin hüquqi nümayəndələri sayıla bilməzlər.

  Simonyan deyib: “Hüquqi baxımdan Dağlıq Qarabağ vahid kimi mövcud deyil”.

  Spikerin bu bəyanatı Ermənistan parlamentindəki müxalifət deputatlarının izahat tələbindən sonra verilib. Deputatlar Simonyandan Ermənistan və Qarabağ parlament komissiyalarının birgə sessiyasının keçirilməsini bloklamasının səbəbini izah etməsini tələb etmişdilər.

  Qarabağın erməni əhalisi regionu Azərbaycanın bölgədə 2023-cü ilin sentyabrında keçirdiyi hərbi əməliyyatdan sonra demək olar, bütünlüklə tərk edib. Rəsmi Bakı onların zorla deportasiya olunduqlarına dair iddiaları qəbul etmir.

  Spiker əlavə edib ki, Qarabağ ermənilərinin İrəvandakı nümayəndəliyinə vaxtilə verilmiş binanın məqsədəuyğunluğu məsələsinə baxılmalıdır.