Sen 11, 2024 11:07 Asia/Baku
  • Ermənistan hökuməti Azərbaycan Respublikası ilə sülh sazişi imzalayacağına ümidvardır

Paşinyan: Cənubi Qafqazda davamlı sülh realdır

Ermənistanın Baş naziri Bakı və İrəvan arasında sülh müqaviləsinin 80%-i ilə bağlı razılaşmaya toxunaraq deyib ki, Cənubi Qafqazda davamlı sülh təkcə mümkün deyil, həm də realdır.

Ermənistanın “İctimai Radiosu” saytı Nikol Paşinyanın “İrəvan Beynəlxalq Dialoq Forumu”nda çıxışından sitat gətirərək yazıb ki, Ermənistanla Azərbaycan arasında bağlanmış sülh müqaviləsinin 80 faizi razılaşdırılıb.

Paşinyan bunu izah edərək deyib: “Layihənin 13 maddəsi tam razılaşdırılıb. Digər üç maddənin iki cümlədən ibarət hissələri razılaşdırılıb. Bu o deməkdir ki, bu cümlələrdən biri razılaşdırılıb, digəri isə razılaşdırılmayıb”.

Paşinyan bu cümlələrin məzmununu açıqlamasa da, işarə edib ki, İrəvan rəsmi olaraq sülh müqaviləsinin razılaşdırılmış müddəalar əsasında imzalanmasını və qalan məsələlər üzrə danışıqların davam etdirilməsini təklif edib.

Baş nazir bildirib ki, sülh müqaviləsinin razılaşdırılmış maddələrinin biri İrəvan və Bakıya danışıqları davam etdirməyə imkan verəcək birgə mexanizmi nəzərdə tutur.

O, həmçinin qeyd edib ki, sülh müqaviləsinin razılaşdırılmış hissəsində Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulması da nəzərdə tutulub.

Ermənistanın baş naziri razılaşdırılmış şərtləri “mümkün qədər tez” imzalamağa hazır olduğunu bir daha vurğulayıb.

 

Teqlər