Okt 06, 2024 13:43 Asia/Baku
  • Aİ-dən Gürcüstana qarşı növbəti təzyiq

Avropa İttifaqına üzv ölkələr “Gürcü Arzusu”nun liderləri ilə görüşməmək qərarına gəliblər. Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski bildirib. Diplomat izah edib ki, qərar “Gürcü arzusu”nun anti-Qərb ritorikasına cavab olaraq 27 Avropa lideri tərəfindən qəbul edilib.

“Sizə deyə bilərəm ki, bu ilin iyun ayında biz üzv dövlətlərimizlə, Avropa İttifaqı ilə dost olmayan Gürcüstan hakimiyyətinə necə yanaşmalı, anti-Avropa və anti-Qərb mövqeyi ilə necə mübarizə aparmağı müzakirə etdik. Gürcüstanın hazırkı hökuməti ilə heç bir yüksək səviyyəli görüş keçirməmək qərarına gəldik. Ona görə də son aylarda nə Gürcüstandakı təmsilçilərimizlə, nə də Brüsseldə “Gürcü Arzusu”nun liderləri ilə belə görüşlər olub”, – Herçinski bildirib.

Diplomat vurğulayıb ki, Avropa İttifaqı gürcü xalqının demokratik yolla seçdiyi, Aİ-yə daxil olmağa hazır olan istənilən hökumətlə işləməyə hazırdır.

Diplomatın bu iddiasına baxmayaraq, gürcü xalqının demokratik yolla seçdiyi millət vəkilləri, qərb ölkələrinin casuslarının fəaliyyətini məhdudlaşdıran qanunu qəbul etdikdən sonra Gürcüstana qarşı qərbin təzyiqlərinə atart verildi.

Həmin tarixdən qərb dövlətləri Gürcüstana qarşı açıq-aşkar müdaxiləçi bəyanatlar verir, bu ölkənin deputatlar və dövlət rəsmilərinə qarşı sanksiyalar tətbiq edirlər.

Qərb riyakar iddialarının tam əksinə olaraq gürcü xalqının demokratik seçkilər keçirməsinə mane olmaq və öz hiyləgər metodları ilə seçkilərin nəticələrini dəyişmək niyyətindədir.

Rusiya Xarici Kəşfiyyat Xidməti bildirib ki, ABŞ oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri öncəsi vəziyyətdən son dərəcə narazıdır və ölkədə “rəngli inqilab” hazırlayır. Məlumatda bildirilir ki, “rəngli inqilab” üçün zəmin də hazırlanır: “Tiflis Maydanı”nda səsvermə zamanı “saxtakarlıq sübutları”nın dərc edilməsi, seçkilərin nəticələrinin tanınmadığını elan etmək və hakimiyyət dəyişikliyini tələb etmək planlaşdırılır. Etirazları zorla yatırmaq üçün hüquq-mühafizə orqanları təhrik ediləcək”. Həmçinin, ABŞ hakim “Gürcü arzusu”nun seçki mövqeyini mümkün qədər zəiflətmək üçün ölkə hakimiyyətinə təzyiqləri ciddi şəkildə artırmağı planlaşdırır.

Teqlər