Okt 09, 2024 12:17 Asia/Baku
  • Ermənistan bu ay sülh müqaviləsini imzalamağa hazırdır

Paşinyan: Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi tələbləri yoxdur

Ermənistanın baş naziri MDB liderlərinin görüşündə bəyan edib ki, bu ölkə konstitusiyasında Azərbaycana qarşı ərazi tələbləri yoxdur.

Nikol Paşinyan bildirib ki, Ermənistan nəqliyyatın keçidini və Naxçıvanla Azərbaycan arasında boru kəmərinin çəkilməsini təmin etməyə də hazırdır.

Onun sözlərinə görə, Ermənistan qarşılıqlı suverenliyə hörmət etməklə sərhəd nəzarəti prosedurlarını sadələşdirməyə hazırdır.

“Ermənistan ərazisində təhlükəsiz tranzit bu ölkənin öhdəliyidir və biz bu təhlükəsizliyə zəmanət veririk”, - deyə Paşinyan vurğulayıb.

Bildirilir ki, o, razılaşdırılmış məqamlar üzrə müqaviləni imzalamağı və həll olunmamış məsələlərin müzakirəsini gələcəyə buraxmağı təklif edib.

Paşinyan həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri sülh müqaviləsi layihəsinin təsdiqini başa çatdırmaq üçün işi gücləndirmək barədə razılığa gəliblər. O, təfərrüatları açıqlamayıb.

Bu arada jurnalistlərlə keçirdiyi brifinqdə MDB-nin baş katibi Sergey Lebedev deyib ki, Ermənistan və Azərbaycan sülh sazişinə nikbin baxırlar.

Onun sözlərinə görə, bütün dövlət başçıları MDB dövlətləri Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin tezliklə razılığa gəlməsini arzuladıqlarını bildiriblər.

 

 

Teqlər