Seyid Əmmar Həkim: ABŞ-ın İŞİD-lə mübarizə üçün ciddiliyi yoxdur
İyun 01, 2015 05:01 Asia/Baku
-
Seyid Əmmar Həkim
İraq Ali İslam Məclisinin sədri Amerikanın Bağdaddakı səfiri ilə görüşdə İŞİD-in dünyanın stabillik və təhlükəsizliyi üçün hədə olduğunu bəyan edərək deyib: Amerika və digər ölkələr İŞİD-in maliyyə mənbələrinin qurudulması və terrorizmlə müharibədə İraqı dəstəkləməkdə ciddi olmalıdırlar.
Səhər Beynəlxalq Televiziyasının Fərat Nyuz xəbər portalına istinadla verdiyi məlumata görə, Seyid Əmmar Həkim bazar günü Amerikanın İraqdakı səfiri Stüart Consla görüşdə İŞİD-i dünyanın təhlükəsizliyi üçün hədə adlandırıb və deyib: Beynəlxalq koalisiya İraqın dəstəklənməsində aktiv rolu oynamalı və bu ölkənin terror qruplaşmaları ilə müharibəsində düzgün mövqeyi seçməlidir.O Amerika və digər ölkələrdən istəyib ki, İŞİD-in maliyyə mənbələrinin qurudulması üçün ciddi olsunlar.
Digər tərəfdən Amerikanın İraqdakı səfiri İraqda sülh üçün Seyid Əmmar Həkimin təşəbbüsünü və terrorizmlə mübarizə üçün onun səylərini alqışlayıb.
Teqlər