Türkiyə daxili işlər naziri barədə araşdırma başlandı
Okt 24, 2015 13:12 Asia/Baku
Səhlənkarlıq və Ankaradakı son partlayışlarda zəif funksiyasına görə Türkiyə daxili işlər naziri barədə prokurorlar ilkin araşdırmaya başlayıblar.
Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Hürriyyət qəzeti bu barədə yazıb: Bununla belə bu araşdırmanın detallarının elan olunması qeyri-mümkün görünür. Çünki prorukorlar Salami Altinokun siyasi toxunulmazlığını ləğv etmək və onun barəsində tam araşdırmaya başlamaq üçün hökumətin yaşıl işığına ehtiyaclıdırlar.Ankara Hüquq Cəmiyyəti şikayət ərizəsi tənzimləyərək Altinoku xəbərdarlıqlara etinasızlıq və terror aktlarının zərərsizləşdirilməsi üçün təhlükəsizlik xidmətinə icazə verməməkdə suçlayıb. Bunun ardınca ilkin araşdırma başlayıb.