Mart 11, 2017 11:26 Asia/Baku
  • İraq qüvvələri Mosulun qərbində yeni qələbə əldə edib
    İraq qüvvələri Mosulun qərbində yeni qələbə əldə edib

Mosulun azad edilməsi əməliyyatının davamında İraq qüvvələri Dəclə çayının qərb sahilini nəzarətə götürüblər.

İRNA-nın məlumatına görə, Neynəva Əməliyyatı komandanı Əbdüləmir Yarəllah bildirib: İraq qüvvələri Mosul şəhərinin şimal ətrafında əl-Cəmasə və əl-Həmidat kəndlərini azad edib və Dəclənin qərb sahilini nəzarətə götürüblər. 

Neynəva Əməliyyatı komandanı əlavə edib: İraq qüvvələri həmçinin Mosul şəhərinin qərb hissəsində əl-Nəbi Şit, Həyy, əl-Amil-1 və əl-Amil iki məhəllələrini İŞİD terror qruplaşmasının nəzarətindən çıxarıblar. 

Yarəllahın sözlərinə görə, İraqın 9-cu zirehli diviziyası Həşdüş-Şəbi qüvvələri ilə birlikdə Mosulun qərbində Baduş bölgəsini azad edib. 

Mosul şəhərinin şimalında Baduş bölgəsi 2014-cü il iyun ayında bir qrup iraqlı məhbusun İŞİD terror qruplaşması tərəfindən kütləvi qırğın edildiyi həbsxananın yerləşdiyi bölgədir. İŞİD şiə, kürd, iyzədi və digər məhbusları bir gündə qətliam etmişdi. 

Digər tərəfdən yüzlərlə iraqlı ailə İraq qüvvələrinin köməyi ilə Mosulda qarşıdurma cəbhəsindən xilas olmuş və təhlükəsiz bölgələrə köçürülmüşdür. 

İraqın müştərək qüvvələri Mosulun qərb hissəsinin azad edilməsi əməliyyatını 19 fevralda başladıqdan indiyə qədər müxtəlif kəndləri və məhəllələri nəzarətə götürmüşlər. 

Teqlər