Sionist hərbçilər Həzrət Yusif(ə)-ın məqbərəsinə hücum ediblər
-
Sionist hərbçilər Həzrət Yusif(ə)-ın məqbərəsinə hücum ediblər
Onlarla sionist qəsəbə sakini sionist hərbçilərin dəstəyi ilə Həzrət Yusif(ə)-ın Nablus şəhərinin şərqində yerləşən məqbərəsinə hücum edib.
Sionist qəsəbə sakinlərinin bu gün İordan çayının qərb sahilinin Nablus şəhərində yerləşən Həzrət Yusif(ə)-ın məqbərəsinə hücumunun ardınca fələstinlilər sionist qəsəbə sakinləri ilə mübarizəyə qalxıblar.
Bu toqquşmada sionist işğalçılar fələstinlilərə qarşı döyüş güllələri və gözyaşardıcı qazdan istifadə ediblər. Nəticədə iki fələstinli yaralanıb, onlarla nəfər də boğuntu vəziyyətinə düşübdür.
Digər tərəfdən, yüzlərlə sionist qəsəbə sakini hörmətsiz bir hərəkətdə Məsciduləqsa-nın səhnlərinə basqın edərək, anti-İslam şüarlar veribdir.
Məsciduləqsa sionist hərbçilərin və sionist qəsəbə sakinlərinin Beytulmuqəddəsin islami və xristian mahiyyətini aradan götürmək və onu sionizm simvolları ilə əvəz etmək üzrə cövlangahlarına çevrilib.