Mart 05, 2019 12:48 Asia/Baku
  • Yəməndə atəşkəsin pozulması davam edir
    Yəməndə atəşkəsin pozulması davam edir

Yəmən silahlı qüvvələrinin sözçüsü ötən dörd gündə əl-Hudəydə şəhərindəki atəşkəs razılaşmasının təcavüzkar səud koalisiyası tərəfindən təqribən min dəfə pozulmasından xəbər verib.

Yəhya Səri əlavə edib: Təcavüzkarlar qrupu İsveç razılaşmasını dalana dirəndirmək və müharibəni uzatmaq üzrə səylərinin davamında ötən dörd gündə 996 dəfə və geniş surətdə əl-Hudəydədəki atəşkəsi pozubdur.

Yəmən silahlı qüvvələrinin sözçüsü qeyd edib ki, səud koalisiyanın qırıcıları və kəşfiyyat təyyarələri həmin müddət ərzində dəfələrlə əl-Hudəydənin üzərində uçublar.

Səri həmçinin deyib: Ərəbistanın qırıcı-bombardmançı təyyarələri də Səədə, Təiz, Səna və Həccə əyalətləri daxil olmaqla Yəmənin müxtəlif məntəqələrini 64 dəfə bombalayıblar.

Ənsarullah hərəkatı və Yəmnin istefa vermiş hökumətinin nümayəndələri ötən payızda BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Martin Qrifitsin vasitəçiliyi ilə İsveçin Stokholm şəhərində keçirilən bir iclasda əl-Hudəydə, əl-Səlif və Əyn İsa limanlarında atəşkəs barədə razılığa gəldilər. Bununla belə, Ənsarullah bildirir ki, ərəb koalisiyası Stokholm razılaşmasındakı öhdəliklərinə sadiq deyil və bu yolda sabotaj edir.

İndiyədək Yəmən savaşına son qoymaq üçün bir neçə dəfə fəaliyət göstərilib, amma hər dəfə Ərəbistanın və müttəfiqlərinin sabotajı ilə bu fəaliyyətlər dalana dirənibdir.

 

Teqlər