Amerikan koalisiyasının hücumlarında onlarla mülki suriyalı həlak oldu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i336664-amerikan_koalisiyasının_hücumlarında_onlarla_mülki_suriyalı_həlak_oldu
ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyası Suriyanın Deyrəzzur vilayətinə qarşı ən son hücumlarında 50 mülkini qətlə yetiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 11, 2019 13:06 Asia/Baku
  • Amerikan koalisiyasının  hücumlarında onlarla mülki suriyalı həlak oldu

ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyası Suriyanın Deyrəzzur vilayətinə qarşı ən son hücumlarında 50 mülkini qətlə yetiriblər.

Suriyanın dövlət xəbər agentliyi SANA bildirib ki, Amerikan koalisiyası Suriyadakı cinayətlərinin davamında Bağuz qəsəbəsinə havadan zərbələr endirib. Nəticədə onlarla insan həyatını itirib. Bu hadisədə ölənlərin çoxu qadınlar və uşaqlardır.

Amerikan koalisiyanın İraq və Suriyadakı hücumlarının monitorinqi ilə məşğul olan "Eyrvars" qrupunun bildirdiyinə görə, 2014-cü ildən bəri Amerikan koalisiyasının hücumlarında 5 mindən çox mülki həyatını itirib.

ABŞ ötən illərdə dəfələrlə terrorizm ilə mübarizə bəhanəsi ilə Suriya və İraqda mülkiləri hədəfə alıb.