Noy 03, 2019 17:14 Asia/Baku
  • Ötən bir ayda 65-i uşaq olmaqla 400-dən çox fələstinli həbs olunub
    Ötən bir ayda 65-i uşaq olmaqla 400-dən çox fələstinli həbs olunub

Fələstin Əsirləri üzrə Araşdırma Mərkəzi bir hesabatda bildirib ki, sionist rejim oktyabr ayında 65-i uşaq, 16-ı isə qadın olmaqla 410 fələstinlini həbs edibdir.

Sionist rejim ötən oktyabrda Fələstin parlamentinin bir üzvünü də həbs edibdir.

Bu məlumata görə, sionist hərbçilər keçən ay sionistlərin İordan çayının qərb sahilində qəsəbə salmalarını pisləyən yürüşlərdə iştiraka görə, beş jurnalisti və on beş xarici fəalı həbs ediblər.

Sionist məhkəmələr ötən ayda həmçinin fələstinlilər barədə 81 müvəqqəti həbs hökmü çıxarıb və daha 47 fələstinlinin müvəqqəti həbs müddətini də bir neçə ay müddətinə uzadıblar.

Bundan öncə Fələstində əsirlər və azadələrin məsələləri üzrə heyətin araşdırma və sənədli filmlərin düzəldilməsi mərkəzi bildirib ki, sionist rejim 1967-ci ildən bəri əlli mindən çox fələstinli uşağı həbs edib. Bu mərkəz xəbərdarlıq edib ki, son illər fələstinli uşaqarın həbs olunmaları məqsədyönlü şəkildə artmaqda olubdur.

 

 

Teqlər