İŞİD Ciddə partlayışının məsuliyyətini üzərinə götürüb
Noy 13, 2020 07:37 Asia/Baku
İŞİD terror qrupu Ərəbistanın qərbində yerləşən Ciddə şəhərində baş vermiş partlayışın məsuliyyətini üzərinə götürüb.
SəhərAzəri xəbər verir, Çərşənbə günü səhər bir neçə ölkənin nümayəndəsinin iştirakı ilə Ərəbistanın Ciddə liman şəhərindəki qeyri-müsəlman qəbiristanlığında keçrilən birinci dünya müharibəsində ölənlərin anım mərasimində baş vermiş partlayışda dörd nəfər yaralanmışdı.
İŞİD terror qrupu bir bəyanat yayaraq bildiribdir ki, Ciddə şəhərindəki partlayış bu təkfirçi qrupun ünsürlərinin işi olubdur.
Bəyanata görə, Ciddə partlayışı Fransada bu ölkə vətəndaşlarından bir neçə nəfərin ölməsi və yaralanması ilə nəticələnən son terror hücumlarının davamında həyata keçirilibdir.