Noy 30, 2020 18:13 Asia/Baku
  • Ən-Nücəba İranın nüvə aliminin şəhid edilməsi münasibətilə başsağlığı verib

Ən-Nücəba hərəkatının sözçüsü Nəsr Əş-Şəmmari deyib: "İran şəhidlik ilhamına əsaslanan Həzrət Muhəmməd (s) və İmam Hüseyn (ə) inancı ilə zalımları və hegemon gücləri məğlub edəcək".

SəhərAzəri xəbər verir, İraqın Ən-Nücəba İslami müqavimət hərəkatı İranın nüvə alimi Möhsün Fəxrizadənin şəhid edilməsi münasibətilə başsağlığı verib.

Ən-Nücəba hərəkatının sözçüsü Nəsr Əş-Şəmmari Twitter-dən verdiyi mesajında bunları qeyd edib: “Böyük alim Möhsün Fəxrizadənin İmam Xameneinin İran İslam Respublikası və əziz və nəcib millətinin xidmətində şəhid olması ilə əlaqədar başsağlığı veririk”.

Nəsr Əş-Şəmmari sui-qəsdi qorxaq hərəkət kimi qiymətləndirib və belə qeyd edib: “Biz bu terror aktını qınayırıq və İslami İranın müqavimətinə, qələbəsinə və gücünə inanırıq.
İran şəhidlik ilhamına əsaslanan Həzrət Muhəmməd (s) və İmam Hüseyn (ə) inancı ilə zalımları və hegemon gücləri məğlub edəcək”.

Teqlər