Fev 01, 2021 18:28 Asia/Baku
  • Avropa-Aralıq dənizi İnsan Hüquqları Mərkəzi:

Avropa-Aralıq dənizi İnsan Hüquqları Mərkəzi bir hesabatda, Qəzzə zolağında, 15 il sionist rejim tərəfindən mühasirəyə alındığı üçün həyatın mümkün olmadığını söyləyib.

ُSəhərAzəri xəbər verir ki, Avropa-Aralıq dənizi İnsan Hüquqları Mərkəzi "15 il mühasirədən sonra Qəzzədə həyat demək olar ki, mümkün deyil" adlı hesabatda, Qəzzə zolağı sakinlərinin fəlakətlərinə və əzablarına son qoymağa çağırıb.

Avropa-Aralıq dənizi İnsan Hüquqları Mərkəzi, Qəzza zolağının mühasirəsini kollektiv cəza kimi dəyərləndirib vo onun dayandırılması üçün təcili beynəlxalq qərarların lazım olduğunu bildirib.

Eyni zamanda, bu mərkəzin sözçüsü Nədi Nəbil Qəzza zolağının mühasirəsi davam edərsə, bölgənin bütün sektorlarının çökəcəyini və bölgə tarixində ən fəlakətli humanitar böhranın baş verə biləcəyini bildirib.

Teqlər