Fev 18, 2021 14:31 Asia/Baku
  • İşğal olunmuş Fələstinin yaşayış məntəqələrindəki sionist hərbi bazalarının koordinatları ifşa olunub

İşğal edilmiş Fələstinin yaşayış məntəqələrindəki sionist hərbi bazalarının koordinatları ifşa olunub.

SəhərAzəri xəbər verir, «Əl-Əlam Əlhərbi» infromasiya qrupu İşğal olunmuş Fələstinin müxtəlif şəhərlərindəki yaşayış massivlərinin daxilində yerləşən sionist hərbi bazalarının koordinatlarını ifşa edib.

Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullahın sionist rejimlə mübarizə barədəki son çıxışından sonra «Əl-Əlam Əlhərbi» infromasiya qrupunun Livan qolu bu gün işğal olunmuş Fələstin şəhərlərindəki yaşayış massivlərinin daxilində yerləşən sionist hərbi bazalarının koordinatlarını açıqlayıb.

Bu qrup sionist rejimə xitabən bildirib: Ey sionistlər! Siz öz şəhərlərinizin daxilndə hərbi və təhlükəsizlik hədəfləri güdürsünüz.

Bu video ilk dəfə olaraq, Livan Hizbullahı tərəfindən və Seyyid Həsən Nəsrullahın çıxışından 24 saat sonra yayılıbdır.

Livan Hizbullahının baş katibi həmin çıxışda sionist rejim ordusunun son təhdidlərinə kəskin şəkildə cavab veribdir.

Seyyid Həsən Nəsrullah öz çıxışında sionist rejim ordusunun baş qərargah rəisinə xitabən deyib: Biz müharibə və toqquşma ardınca deyilik, amma əgər şəhərlərimizi hədəfə alarsanızsa, oxşar cavabı verəcəyik.

Teqlər