Okt 23, 2021 12:16 Asia/Baku
  • Nəsrullah:

Livan Hizbullahının baş katibi Əziz İslam Peyğəmbərinin (s.ə.s) səadətli viladətinin ildönümü münasibəti ilə etdiyi çıxışında, şiə və sünni arasında vəhdətin yaranmasında İran İslam Respublikasının böyük banisi İmam Xomeyninin (r.ə) əvəzedilməz rolunu vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid Həsən Nəsrullah Əziz İslam Peyğəmbəri Həzrət Muhəmməd-i Mustafa (s.ə.s) və İmam Cəfər-i Sadiqin (ə) mübarək viladətlərinin ildünümü və "Vəhdət Həftəsi" nin gəlib çatması münasibəti ilə bütün müsəlmanları təbrik edərək, qeyd edib ki, Həzrət İmam Xomeyni (r.ə) və İslam İnqilabının bərəkətlərindən biri bu idi ki, müsəlmanlar arasında mübahisə mövzusu olan Peyğəmbərin (s.ə.s) viladəti tarixi qovuşma və birlik nöqtəsinə çevrildi.

İslam dünyasında vəhdətin carçılarından olan İran İslam Respublikasının böyük banisi İmam Xomeyni (r.ə) bu məsələdən İslami qrupların birliyi və yaxınlaşması üçün istifadə etdi və 12-17 Rəbiül-əvvəl tarixləri arasındakı fasiləni "Vəhdət Həftəsi" adlandırdı.

Livan Hizbullahının baş katibi söhbətlərinin digər bir hissəsində məzlum Fələstin xalqının çəkdiyi əzab-əziyyətə toxunaraq, deyib: "Heç bir azadlıqsevər insan Fələstinə, məzlum Fələstin xalqına və onların müqəddəslərinə biganə qala bilməz". 

Seyid Həsən Nəsrullah, həmçinin təcavüzkar səud koalisiyasının Yəməndə törətdiyi cinayətlərə işarə edərək, beynəlxalq ictimaiyyəti Yəməndəki qurbanları qınamaq əvəzinə milyonlarla yəmənlinin istək və iradəsini dinləməyə çağırdı.

Teqlər