Mart 16, 2022 12:48 Asia/Baku
  • Cabbar Əl-Məəmuri
    Cabbar Əl-Məəmuri

İraqın Diyalə Müsəlman Alimləri Birliyinin rəhbəri Mossad-ın Ərbildəki qərargahının İranın nüvə alimləri və Həşdüş-Şəbi liderlərini hədəfə alan terrorçu ünsürləri cəlb etmək yeri olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, "FARS" xəbər agentliyinin məlumatına görə, Cabbar Əl-Məəmuri deyib: "Mossad qərargahının Ərbildə və İraqın digər bölgələrində olması bütün iraqlılar üçün narahatlıq mənbəyidir, çünki Mossad-ın Ərbil qərargahı ilə bağlı hər gün mühüm və təhlükəli faktlar ortaya çıxır".

O, qeyd edib ki, Mossadın Ərbildəki qərargahı ilə bağlı bütün detalların ictimai rəyə açıqlanması və təcili təhqiqatın aparılması zəruridir, çünki İraq konstitusiyası və qanunları sionist rejimin bu ölkə torpağında hər hansı varlığını rədd edir. 

İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın bazar günü Mossad-ın İraq Kürdüstanının Ərbil şəhərindəki qərargahına raket hücumu göstərdi ki, İran İslam Respublikası təhlükəsizliyi təmin etmək məsələsində çox ciddidir və onun təhlükəsizliyinə yönəlmiş istənilən addım cavabsız qalmayacaq.

Teqlər