Fev 01, 2023 19:59 Asia/Baku
  • Səudiyyə Ərəbistanında edam cəzaları rekord sayda artıb

Avropa-Səudiyyə Ərəbistanı İnsan Haqları Təşkilatı bildirib ki, 2022-ci ildə Səudiyyə Ərəbistanının təxminən 147 nəfəri edam edib ki, bu da son iki ilin göstəricisindən daha çox edam deməkdir.

SəhərAzəri-nin məlumatına əsasən, Səudiyyə Ərəbistanı İnsan haqları təşkilatları tərəfindən diktaturanın qalası kimi tanınır. Xüsusilə də Məhəmməd bin Salmanın hakimiyyətə gəlişindən sonra tənqidçilərə qarşı zorakılıqlar artıb. Səudiyyə Ərəbistanında qeyri-qanuni edamlar, işgəncələr, əsassız həbslər, məcburi yoxa çıxma, siyasi və insan haqları fəallarının həbsi, dini azlıqların qanuni tələblərinin boğulması ilə bağlı çoxsaylı hesabatlar dərc olunub.

Əl-Məyadinin məlumatına görə, Avropa-Səudiyyə Ərəbistanı İnsan Haqları Təşkilatının hesabatında bildirilib ki, Ər-Riyad 2022-ci ildə 147 nəfəri edam edib ki, bu da əvvəlki iki ilin birləşməsindən daha çox edam deməkdir. Onlardan 81 nəfəri keçən mart ayında təkcə bir gündə edam edilib ki, bu da, Səudiyyə Ərəbistanı tarixindəki ən böyük kütləvi edamdır və beynəlxalq qınaqlara səbəb olub.

Çərşənbə günü dərc edilən hesabata görə, Səudiyyə Ərəbistanında edamlar Kral Salman və onun oğlu, faktiki hökmdar Məhəmməd bin Salmanın dövründə təxminən hər il iki dəfə və ya orta hesabla 82 faiz artıb. 

Hesabat 2021-2022-ci illər arasında icra olunan cəzalarda 119 faiz artım olduğunu, 2020-2022-ci illər arasında isə faiz artımının 444 faiz olduğunu göstərir.

Rəsmi İnsan Hüquqları Komissiyasının məlumatına görə,2020-ci ildə 27, 2021-ci ildə isə 67 ölüm hökmü icra edilib.

Məlumatda həmçinin qeyd edilib ki, Səudiyyənin ölüm cəzası maşını uşaqları, etirazçıları, məişət xidmətində olan həssas qadınları, bilmədən narkotik daşıyanları və yeganə "günahı" qadağan olunmuş kitablara sahib olmaq və ya xarici jurnalistlərlə danışmaq olan insanları çeynəyir.

Bu elə bir haldadır ki, bin Salman 2022-ci il martın 3-də "The Atlantic" qəzetinə müsahibəsində iddia edib ki, Səudiyyə Ərəbistanı, Quranda qeyd olunan qisas istisna olmaqla, ölüm cəzasından imtina edib, bu da bir nəfərin digərini öldürdüyü və ya birdən çox insanın həyatına təhlükə törətdiyi hallarla məhdudlaşır.

O, Səudiyyə Ərəbistanının həll etməyə çalışdığı yeganə problemin qanundan başqa heç bir cəzanın olmamasını təmin etmək olduğunu bildirib və əlavə edib ki, hakimə aid olan bir sıra cəzalar və ya Təzir hökmləri növbəti iki və ya üç il ərzində dayandırılacaq.

"Guardian"ın yazdığına görə, bir neçə həftə əvvəl hüquq professoru və 65 yaşlı tənqidçi Əvəz Əl-Qərni Twitter və WhatsApp-da krallığa "düşmənçilik" edən xəbərləri yaydığına görə ölüm cəzasına məhkum edilib. Qərni 2017-ci ilin sentyabrında və Bin Salmanın o dövrdə müxalifəti sıxışdırmaq planının başlanğıcında həbs edilib. 

Qərbin Səudiyyə Ərəbistanında çoxsaylı edamlar qarşısında susması Səudiyyə dollarının avropalılar və Amerika üçün insan haqları iddialarından qat-qat üstün olduğunu göstərir.

Teqlər