Fev 22, 2023 18:32 Asia/Baku
  • Əmir Abdullahian: İran nüvə danışıqlarını yekunlaşdırmağa hazırdır

İranın xarici işlər naziri deyib: "İslam Respublikası həmişə danışıqları və diplomatiya yolunu alqışlayıb və hazırkı administrasiya yaxşı, davamlı və möhkəm razılaşma əldə etmək üçün nüvə müzakirələrini yekunlaşmağa hazırdır".

SəhərAzəri-nin məlumatına əsasən, Əmir Abdullahian çərşənbə günü Bağdadda iraqlı həmkarı Fuad Hüseynlə keçirdiyi birgə mətbuat konfransında deyib ki, heç kimə sirr deyil ki, İraq hökuməti İrana qarşı sanksiyaların aradan qaldırılması ilə bağlı keçirilən danışıqların, Vyana danışıqlarının, eləcə də Avropa üçlüyü, ABŞ və İran arasında keçirilən nüvə danışıqlarının yekunlaşdırılması yolunda müsbət və konstruktiv rol oynayıb. 

Əmir Abdullahian əlavə edib: "Tehran nüvə danışıqlarını yekunlaşdırmaq üçün əvvəlki danışıqlar və İran İslam Respublikasının qırmızı xətləri əsasında addımlar atmağa hazırdır; Əlbəttə amerikalılar paradoksal şərhlər və mesajlar verirlər. Bununla belə, İranın bu məsələdə yanaşması müsbətdir və İslam Respublikası diplomatiyanı gücləndirmək yolunda danışıqlara əl atır, lakin ABŞ tərəfi fərqli bir yola üstünlük verərsə, biz də B Planını həyata keçirməyə və fərqli bir yola getməyə hazırıq və bütün variantlar bizim üçün mövcuddur və masadadır".

İranın xarici işlər naziri daha sonra deyib: "Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəsmiləri yaxın günlərdə İrana səfər edəcəklər və ümid edirik ki, MAQATE-nin baş direktoru Rafael Qrossi texniki baxışla və siyasi həyəcandan uzaq olaraq, məsələlərin həlli üçün Atom Enerjisi Təşkilatındakı həmkarlarımla bir nəticəyə və razılığa gələcək".

"İran İslam Respublikası heç vaxt nüvə silahı və atom bombası əldə etməyə cəhd etməyib və Aliməqamlı Rəhbərin fətvası da bu məsələni bir daha təsdiqləyir", - o əlavə edib.

İranın xarici siyasət idarəsinin rəhbəri çıxışının başqa bir hissəsində deyib: İran İraq parlamentinin xarici qoşunların İraqdan çıxarılması zəruriliyi ilə bağlı qərarının icrasında bu ölkə hökuməti və xalqını dəstəkləyir".

Bağdad və Tehran arasında iqtisadi, ticarət və turizm əməkdaşlığına gəlincə, Əmir Abdullahian Bəsrə-Şələmçe və Kirmanşah-Xosrəvi-Mənzəriyyə-Bağdad dəmiryollarının tamamlanması hər iki tərəfin ciddi gündəliyində olduğunu bildirib. 

Teqlər