Noy 02, 2025 12:42 Asia/Baku
  • Fələstinli əsirlərə verilən işgəncə ilə bağlı dəhşətli təfərrüatlar ifşa olunub

Qəzzə zolağındakı Nasir xəstəxanasının direktoru Əhməd əl-Fərra bildirib ki, fələstinli əsirlərə tətbiq olunan ağır işgəncələr onların cəsədlərinin tanınmasını mümkünsüz edib.

Şəhab xəbər agentliyinin məlumatına görə, Xan Yunisdə yerləşən Nasir Tibb Kompleksinin uşaq və doğum şöbəsinin rəhbəri Əhməd əl-Fərra deyib: "işğalçılar Qəzzəyə təhvil verdikləri cəsədlərin kimliyini bilirlər, lakin onların adlarını açıqlamaqdan imtina edirlər".

Əl-Fərra bildirib ki, hər yeddi cəsəddən yalnız biri tanına bilir.

Onun sözlərinə görə, yalnız əvvəldən xüsusi tanınma əlamətləri olan şəxsləri müəyyənləşdirmək mümkündür.

Nasir xəstəxanasının direktoru əlavə edib: "Cəsədlərin əksəriyyəti parçalanma və ya ağır işgəncələrə məruz qalma səbəbindən tanınma əlamətlərini itirib. Bəzi cəsədlər daxildən boşaldılıb və pambıqla doldurulub ki, bu da şəhidlərin orqanlarının işğalçılar tərəfindən oğurlandığını göstərir".

Əl-Fərra qeyd edib ki, bəzi cəsədlərin qarın nahiyəsində qızdırılmış metal çubuqlarla işgəncə izləri müşahidə olunub. Bu da, onların şəhid edilməzdən əvvəl yandırıldığını sübut edir. 

Sionist rejimin fələstinli məhbuslara işgəncə verməsi və rejimin daxili təhlükəsizlik nazirinin onların edam edilməsini tələb etməsi ilə bağlı rüsvayçılıq fonunda, fələstinli rəsmilər şənbə günü beynəlxalq ictimaiyyəti işğalçıların həbsxanalarda fələstinli məhbuslara qarşı törətdiyicinayətlərin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıblar.