Sionist rejimin Livanın cənubuna qarşı hava hücumlarında üç nəfər şəhid olub, on bir nəfər yaralanıb
Sionist rejimin Livanın cənub bölgələrinə qarşı təcavüzlərinin davamında hərbi pilotsuz uçuş aparatlarından istifadə ilə, yeni hava hücumları həyata keçirilib. Nəticədə, Livan vətəndaşlarından üç nəfər şəhid olub, on bir nəfər isə yaralanıb.
Sionist rejimin bir PUA-sı Bərəəşit qəsəbəsində bir avtomobili hədəfə alıb. Nəticədə, bir nəfər şəhid olub, dörd nəfər isə yaralanıbdır.
Başqa bir hücumda sionist rejim ordusunun təcavüzkar pilotsuzu Şəba və “Raşiya Əlvadi” bölgələri arasında yerləşən “Cənəm” bölgəsində CİP tipli bir avtomobili hədəfə alıb. Bu da, onun iki sərnişininin şəhid olmasına gətirib çıxarıb.
Dünən səhər də sionist rejim ordusunun qırıcıları Şəhid Salah Ğəndur adına xəstəxananın yaxınlığında başqa bir avtomobili hədəfə almışdılar.
İki ədəd/ istiqamətləndirilən raketlə həyata keçirilən bu hücum, yeddi Livan vətəndaşının yaralanması ilə nəticələnib.
Sionist rejimin bir ədəd pilotsuz uçuş aparatı da “Məis Əlcəbəl” qəsəbəsində yerləşən Əlkəsayir bölgəsinə bir bomba atıb.
Belə bir halda, sionist rejim ordusunun Livanın cənubunda yerləşən sərhəd kəndləri üzərindəki kəşfiyyat və hücum uçuşları geniş miqyasda həyata keçirilib.
Bu təcavüzlərin törədilməsi fonunda qeyd edək ki, Livanın suverenliyinin sionist rejim tərəfindən ardıcıl şəkildə pozulması, dünya ictimaiyyətinin nigaranedici sükutu ilə müşayiət olunur. Bu da, Livanda şəhər infrastrukturlarına və mülkilərə qarşı birbaşa hədəfləmə ilə bağlı nigarançılıqları artırıbdır.
Sionist rejim 2024-cü ilin bir oktyabrında Livana qarşı təcavüzünə başladı və Amerikanın vasitəçiliyi ilə, iki aydan sonra, yəni, noyabrın 28-də atəşkəs razılaşmasını imzaladı.