İyun 28, 2020 14:21 Asia/Baku
  • Yunanıstan Türkiyəyə xəbərdarlıq edib

Yunanıstanın müdafiə nazirinin müavini Türkiyəyə dolayısı ilə xəbərdarlıq edərək, ölkəsinin bütün ssenarilər üçün hazır olduğunundan xəbər verib.

SaharAzeri İRİB-ə istinadla xəbər verir, general Alkiviadis Stefanis vurğulayıb: "Türkiyə, müdafiə naziri Hulusi Akarın sözlərindən belə anlaşılır ki,Türkiyə təhdid edir, eyni zamanda dialoqdan danışır".

Yunanıstanın müdafiə nazirinin müavini, həmçinin rəsmi Afinanın öncədən xəbərdarlıq olmadan, Türkiyə və Liviyanın Milli Birlik hökumətinin iddiasına əsasən , Ankara və Tripoli arasında imzalanmış anlaşmanın tərkib hissəsi olan bölgənin dəniz və qurusunda manevr həyata keçirib.

Afina-Ankara münasibətləri Aralıq dənizində neft və qaz axtarışları hüququ ilə əlaqədar və Egey dənizində ərazi iddialarına görə, gərginləşibdir.

Türkiyə və Yunanıstan 70-ci on illiyin ortalarından indiyə kimi üç dəfə müharibə astanasında olublar.

 

 

Teqlər