İyul 21, 2017 13:38 Asia/Baku
  • Türkiyə ordusunun dörd bölməsi Qətərə daxil olub

Türkiyə müdafiə nazirliyinin başçıları bu ölkənin dörd yeni hərbi bölməsinin qətərli qüvvələrlə birgə hərbi təlim-məşqlər keçmək üçün Qətərə göndərilməsindən xəbər veriblər.

Türkiyənin Anadolu xəbər agentliyinin məlumatına görə, bu ölkənin müdafiə nazirliyi Ankara-Doha razılaşmasının bir hissəsi kimi Türkiyənin dörd yeni hərbi bölməsinin qətərli qüvvələrlə birgə hərbi təlim-məşqlər keçmək üçün Qətərə daxil olmasından xəbər verib.

İnformasiya mənbələri bu bölmənin 28 nəfərdən ibarət olduğunu bildiriblər.

Belə bir halda, bundan öncə Qətərdə iki ölkənin hərbi qüvvələri arasında birgə hərbi təlim-məşqlər keçirilmişdi.

Türkiyə tərəfindən Qətərə hərbi qüvvələrin göndərilməsi iki ölkə arasında hərbi əməkdaşlıq üzrə iki razılaşmanın Türkiyə parlamenti tərəfindən ratifikasiya edilməsindən bir neçə gün sonra həyata keçir.

Ankara Ərəbistan və regiondakı bəzi ərəb ölkələri ilə Qətər arasında gərginliyin yaranması və həmin ölkələrin Qətərlə əlaqələrini kəsmələri, eləcə də Dohanı boykot etmələrinin ardınca Qətərə dəstək veribdir.

 

Teqlər