Türkiyə səfiri Tunis XİN-ə çağırılıb
Avq 24, 2017 14:38 Asia/Baku
Tunisin Xarici İşlər Nazirliyi Türkiyənin bu ölkədəki səfirini çağırtdırıb. Buna səbəb, misirli bir missionerin Türkiyə ərazisində Tunis prezidentini təkfir etməsi olub.
Tunisin Xarici İşlər Nazirliyi dünən Türkiyədə yaşayan misirli missioner Vəcdi Qənimin sözlərinə qarşı kəskin etirazını Türkiyə səfiri Ömər Faruq Doğana bəyan edib.
Tunis dövləti Türkiyə rəsmilərindən istəyibdir ki, misirli missionerin ifadələrinə təcili reaksiya göstərsin və bu misirli missionerə qarşı lazımi ölçülər götürsünlər.