Rəhmani Fəzli: İran və Türkiyə təhlükəsizlik sahəsində yaxşı uğurlar əldə ediblər
https://azeri.sahartv.ir/news/türkiyə-i288777-rəhmani_fəzli_İran_və_türkiyə_təhlükəsizlik_sahəsində_yaxşı_uğurlar_əldə_ediblər
İran İslam Respublikasının daxili işlər naziri Tehran və Ankara arasında yaxşı münasibətlərin olduğuna işarə edib və deyib: İran və Türkiyə bir çox ortaq mövzulara malikdirlər və təhlükəsizlik sahəsindəki münasib əməkdaşlıqları nəzərə alaraq, əməkdaşlıqların davam etdirilməsi üçün yol xəritəsinin hazırlanması məqsədi ilə iki ölkənin birgə təhlükəsizlik komissiyası iclasının Türkiyədə keçirilməsi qərara alınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 09, 2017 16:50 Asia/Baku
  • Rəhmani Fəzli: İran və Türkiyə təhlükəsizlik sahəsində yaxşı uğurlar əldə ediblər
    Rəhmani Fəzli: İran və Türkiyə təhlükəsizlik sahəsində yaxşı uğurlar əldə ediblər

İran İslam Respublikasının daxili işlər naziri Tehran və Ankara arasında yaxşı münasibətlərin olduğuna işarə edib və deyib: İran və Türkiyə bir çox ortaq mövzulara malikdirlər və təhlükəsizlik sahəsindəki münasib əməkdaşlıqları nəzərə alaraq, əməkdaşlıqların davam etdirilməsi üçün yol xəritəsinin hazırlanması məqsədi ilə iki ölkənin birgə təhlükəsizlik komissiyası iclasının Türkiyədə keçirilməsi qərara alınıb.

Əbdürrıza Rəhmani Fəzli şənbə günü axşam Türkiyənin daxili işlər naziri Süleyman Soylu ilə birgə mətbuat konfransında İran və Türkiyə arasındakı təhlükəsizlik anlaşmasının icraya qoyulmasına işarə edərək, Türkiyənin daxili işlər naziri ilə görüşdə  terrorizm, qaçaqmalçılıq, narkotik maddələr və insan ticarəti ilə mübarizə habelə, sərhəd məsələləri barədə danışıqların aparıldığını bildirib.

İranın daxili işlər naziri əlavə edib: Türkiyədə keçiriləcək növbəti iclasda iki ölkənin müştərək təhlükəsizlik komissiyasının təşkil edilməsi və təyin ediləcək zaman cədvəli əsasında icra edilməsi üçün yol xəritəsinin hazırlanması barədə də razılıq əldə olunub.

Rəhmani Fəzli İran və Türkiyənin təhlükəsiz sərhəd ardınca olduqlarına işarə edərək, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi və təhlükəsizliklə bağlı əməkdaşlıqların möhkəmləndirilməsini Tehran və Ankaranın əsas prioritetlərindən adlandırıb və deyib: İki ölkənin əməkdaşlığı regionda sülh və təhlükəsizliyin möhhkəmlənməsinə kömək etmiş olacaq.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu da bu görüşdə deyib: İran və Türkiyənin bir masa arxasında bir araya gəlməsi əslində regionun əsas bünövrəsi sayılır. Biz bir məntəqədə yaşayırıq və bu məntəqə bütün sahələrdə o cümlədən təhlükəsizlik sahəsində sabitlik, təhlükəsizlik və əməkdaşlığa ehtiyaclıdır.