Türkiyə ölkə sərhədlərində hər hansı təhdid haqda xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/türkiyə-i292849-türkiyə_ölkə_sərhədlərində_hər_hansı_təhdid_haqda_xəbərdarlıq_etdi
Türkiyə baş naziri xəbərdarlıq edib ki, ölkə ordusu Türkiyə sərhədlərində hər hansı təhdidə qətiyyətli şəkildə cavab verəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 19, 2018 16:28 Asia/Baku
  • Türkiyə ölkə sərhədlərində hər hansı təhdid haqda xəbərdarlıq etdi

Türkiyə baş naziri xəbərdarlıq edib ki, ölkə ordusu Türkiyə sərhədlərində hər hansı təhdidə qətiyyətli şəkildə cavab verəcək.

İRNA-nın məlumatına görə, Binəli Yıldıım cümə günü paytaxt Ankarada etdiyi çıxışında deyib: Bu, Türkiyənin təbii, qanuni və beynəlxalq haqqıdır ki, öz sərhədləri və milli təhlükəsizliyini müdafiə etsin.

O əlavə edib: Sərhədlərdən kənardan Türkiyə əleyhinə həyata keçirilən hər hansı hücuma qarşılıq veriləcək.

Yıldırım sözlərinin davamında deyib: Suriyanın şimalında Fərat Qalxanı əməliyyatında məqsəd elə bu olmuşdur.

Türkiyə 24 avqust 2016-cı ildən Suriyanın şimalında Fərat Qalxanı əməliyyatını başlayıb və bildirib ki, Suriyanın şimalında 5 min kvadratkilometr ərazidə təhlükəsiz zona yaratmaq niyyətindədir.