Avq 21, 2018 09:03 Asia/Baku
  • Türkiyə ÜTT-yə rəsmən şikayət etdi
    Türkiyə ÜTT-yə rəsmən şikayət etdi

Türkiyə ABŞ-a ixrac edilən metallara rüsumun artırılmasına görə, Ümumdünya Ticarət Təşkilatına şikayət edib.

Fars Xəbər Agentliyinin məlumatına görə, Türkiyə bazar ertəsi günü ABŞ-a ixrac edilən alüminium və polada tətbiq olunan əlavə rüsuma görə, rəsmi şəkildə Birləşmiş Ştatlardan Ümumdünya Ticarət Təşkilatına şikayət edib. 

ABŞ prezidenti Donald Tramp 10 avqust 2018 tarixində Türkiyədə amerikalı rahib Endryu Brunsonun saxlanılmasını bəhanə edərək Türkiyədən idxal olunan polad və alüminiuma gömrük rüsumlarının ikiqat artırılmasına göstəriş verdi. 

Həmçinin Çinin Ticarət Nazirliyi də ötən çərşənbə günü 2018-ci il 8 maydan başlayan Çindən idxal olunan polad və alüminiuma gömrük rüsumlarının artırılmasına dair ABŞ-ın hərəkətinə etiraz olaraq bu ölkədən Ümumdünya Ticarət Təşkilatına şikayət edib. 

Teqlər