Ərəbistan və əmirliklər İslam dünyasına xəyanətdə ittiham olunublar
Türkiyədə Milli Hərəkat Partiyasının sədri deyib ki, Ərəbistan və əmirliklər dünya müsəlmanlarının kürəklərinə sancılmış zəhərli xəncərlərə bənzəyirlər.
Dövlət Baxçalı Ərəbistan və əmirlikləri Türkiyə daxil olmaqla islami ölkələrə qarşı fitnəkarlıqlarda ittiham edib. O, vruğulayıb ki, ali-səud rejimi özünün region ölkələrindəki cinayətləri barədə cavabdeh olaraq, onun əvəzini ödəməlidir.
Türkiyədə Milli Hərəkat Partiyasının sədri sonra bildirib: Ərəbistan və əmirliklər və Fars Körfəzi ətrafındakı bəzi ərəb ölkələri region ölkələrində Amerikanın himayəsi altında olan terrorçulara təlim, maliyyə, pul, silah və logistik köməklər edirlər.
Baxçalı söyləyib: Ərəbistan və əmirliklərin terrorizmi himayə etmələrinin İslam dini ilə heç bir əlaqəsi yoxdur və həmin hərəkətlər bu müqəddəs dinin prinsiləri ilə uyuşmur.