Dek 20, 2018 14:27 Asia/Baku
  • Türkiyə prezidenti rəsmi şəkildə İran prezidentini qarşılayıb

İran-Türkiyə ali strateji əlaqələr şurasının beşinci iclasında iştirak məqsədilə dünən Ankaraya daxil olmuş İran İslam Respublikası prezidenti bu gün Türkiyə prezident sarayında bu ölkənin prezidenti tərəfindən səmimi şəkildə qarşılanıb.

Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğan İran İslam Respublikası prezidenti Həsən Ruhaniyə xitabən fars dilində ona "xoş gəldin" deyib. İki ölkənin dövlət himnlərinin səsləndirilməsindən sonra prezidentlər ikitərəfli müzakirələrə başlayıblar. İkitərəfli müzakirələr bitdikdən sonra rəsmi heyətlərin müzakirələri başlanacaq.

Bu səfərdə siyasi, iqtisadi və mədəni sahələrdə iki ölkə arasında müxtəlif əməkdaşlıq sənədləri imzalanmalıdır. 

Ruhani Ankaraya səfərdən öncə Türkiyənin və şəxsən Ərdoğanın son aylarda Amerikanın İrana qarşı fitnəsi qarşısında tutduqları möqelərini yaxşı və qətiyyətli adlandırıb. Bildirib ki, Türkiyə dost və regionda təsirli bir ölkə kimi İranla bir çox mədəni, tarixi və dini ortaqlıqlara malikdir.

İran prezidentinin sözlərinə görə, bu səfərdə ikitərəfli, regional və beynəlxalq bəhslər aparılacaq və iki ölkə arasında bank, ticarət, enerji, neft və qaz məsələləri kimi iqtisadi əməkdaşlıqlarla bağlı başlıca mövzular nəzərdən keçiriləcək, eləcə də bir sıra layihə və sənəd imzalanacaqdır.

Teqlər