Ömər Çəlik: S-400 ilə Türkiyə AB və NATO-nun təhlükəsizliyinə zəmanət verəcək
https://azeri.sahartv.ir/news/türkiyə-i338366-Ömər_Çəlik_s_400_ilə_türkiyə_ab_və_nato_nun_təhlükəsizliyinə_zəmanət_verəcək
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Rusiyadan S-400 raket müdafiə sistemi alması ilə Türkiyənin həm özü həm də NATO və Avropa Birliyinə üzv ölkələrin təhlükəsizliyinə zəmanət verəcəyini dedi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 07, 2019 11:53 Asia/Baku
  • Ömər Çəlik: S-400 ilə Türkiyə AB və NATO-nun təhlükəsizliyinə zəmanət verəcək
    Ömər Çəlik: S-400 ilə Türkiyə AB və NATO-nun təhlükəsizliyinə zəmanət verəcək

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Rusiyadan S-400 raket müdafiə sistemi alması ilə Türkiyənin həm özü həm də NATO və Avropa Birliyinə üzv ölkələrin təhlükəsizliyinə zəmanət verəcəyini dedi.

İSNA xəbər agentliyinin bildirdiyinə görə, Ömər Çəlik dedi: Türkiyə ilk başda ABŞ istehsalı olan "Patriot" raket sistemini almaq istədi. Amma, Vaşinqton bu raket sistemi üçün qəbul edilməsi mümkün olmayan şərtlər irəli sürdü. Nəticədə Ankara Rusiyadan S-400 raket sistemi almaq qərarına gəldi.

Ədalət və İnkişaf Partiyasının sədri həmçinin dedi: Ankara S-400 raket müdafiə sistemini almaqla sadəcə öz sərhədlərini deyil, Avropa Birliyi və NATO-ya üzv digər ölkələrin də təhlükəsizliyini təmin edə bilər.

Ömər Çəlik ilk S-400 raket sisteminin cari ilin iyul ayında Türkiyəyə təhvil veriləcəyini bildirdi.