Ərdoğan: "S-400"ü tezliklə təhvil alacağıq
-
Ərdoğan: "S-400"ü tezliklə təhvil alacağıq
Türkiyə prezidenti Rusiyadan alınan "S-400" raket sisteminin iyul ayından Ankaraya təhvil verilməsinə başlanılacağından xəbər verdi.
Rəcəb Təyyib Ərdoğan Rusiyaya səfəri zamanı təyyarədə onu müşayiət edən jurnalistlərə verdiyi açıqlamada dedi: Türkiyə hökuməti sadəcə Türkiyə xalqına və dövlətinə məxsusdur. Və biz heç kimi buna şərik etməyəcəyik.
Ərdoğan həmçinin dedi: S-400 raket sistemi ilə bağlı bizim mövqeyimiz tam aydındır. Müqavilə bağlanılıb və biz hazırda bu raket sistemini təhvil almaq ərəfəsindəyik.
Türkiyə prezidenti İstanbul bələdiyyə seçkilərinin nəticəsinə gəlincə dedi: Əgər, sədaqətli rəftar olunarsa, seçkilərin nəticəsi ləğv edilməlidir. Və Ali Seçki Şurasının bu barədə qərar qəbul etməsindən sonra məsələ öz həllini tapacaq.