Türkiyə xarici işlər nazirinin reaksiyası: ABŞ-ın hərəkəti qəbuledilməzdir
-
Türkiyə xarici işlər nazirinin reaksiyası: ABŞ-ın hərəkəti qəbuledilməzdir
Türkiyə və Qətərin xarici işlər nazirləri ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın adını terrorçu qruplar siyahısına daxil etməsini qəbuledilməz adlandırdılar.
Mövlud Çavuşoğlu qətərli həmkarı Məhəmməd bin Əbdürrəhman Ali Sani ilə birgə mətbuat konfransında dedi: ABŞ-ın Sepah-la bağlı qərarı birtərəfli qərardır və İrana qarşı sanksiyaların və təzyiqlərin artırılması istiqamətindədir. Biz bunu daim demişik və bütün beynəlxalq tribunalardan da dəfələrlə elan etmişik. BU ABŞ-ın birtərəfli qərarıdır və onu hamıya aid etmək olmaz. Bu qərar bizim üçün anlaşılmazdır. Bizim qənaətimizə görə, Sepah-ın adının terrorçu qruplar siyahısına salınmasını Fars Körfəzi ölkələrindən biri ABŞ-a sifariş edib. Biz birtərəfli qərarları qəbul etmirik.
Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Ali Sani də dedi: Qonşu ölkələr arasındakı ixtilaflar danışıqlar yolu ilə həll edilməlidir. İran regional mövqeyə malik bir ölkədir. Və biz İran ilə qonşuluqda yerləşən ölkələr bu ölkəyə müxtəlif cəhətlərdən hörmət etməliyik. Bu gün Qətər Fars Körfəzinin 3 ölkəsi tərəfindən birtərəfli qaydada zorakılığa məruz qalmaqdadır və bütün dünya bu gün birtərəfli hərəkət edən bu ölkələrin heç bir beynəlxalq dəstək əldə edə bilmədiyini müşahidə edir.