Ərdoğan ABŞ-ın Sepah-ı terrorçu adlandırmasına reaksiya verdi
Apr 10, 2019 09:01 Asia/Baku
-
Ərdoğan ABŞ-ın Sepah-ı terrorçu adlandırmasına reaksiya verdi
Türkiyə prezidenti ABŞ prezidenti Donald Trampın İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ı terrorçu adlandırmasını tənqid etdi.
İRİB-nin bildirdiyinə görə, Rəcəb Təyyib Ərdoğan Rusiyadan Türkiyəyə geri dönərkən deyib: ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ı terrorçu adlandırması və qarşılıqlı olaraq İranın regiondakı ABŞ qüvvələrini terrorçu elan etməsi adi bir hadisə deyil.